Türkiyə prezidenti Ərdoğan ABŞ-a qarşı olduqca sensasion sayılacaq ittihamlar irəli sürüb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan az əvvəl ABŞ-ın 3 hərbi təyyarəsinin Suriyanın Türkiyə ilə həmsərhədində yerləşən və PYD/YPG-nin nəzarətində olan Kobaniyə uçuş etdiyini söyləyib:
"Həmin 3 təyyarə silahlarla dolu olub. Həmin silahların bir hissəsi YPG/PYD terror təşkilatına verilib, bir hissəsi isə İŞİD-in əlinə keçib. Mən, bu barədə ABŞ-da Co Baydenə sual verdim, niyə belə elədiklərinin səbəbini soruşdum. Dedi, bizim xəbərimiz yoxdur. Dedim, sənin yoxdur, ancaq mənim xəbərim var. Və bir terror qrupunu digər terror qrupu ilə zərərsizləşdirmək planınız sonunda sizə zərər verəcək".
Ərdoğan Baydenlə söhbətində FETÖ lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin də müzakirə olunduğunu təsdiq edib:
"Deyirlər, buna məhkəmə qərar verəcək. Nə məhkəməsi?! Məhkəmə terrorçunun hansı işinə qərar verəcək?! Gah da deyirlər terroristbaşının yaşıl kartı var. Necə olur, bir anın içində başqasının vətəndaşlığına xitam verə bilirlər, ancaq bu yaşıl kartı ləğv edə bilmirlər?!
Sonra da deyirlər ki, Türkiyədə anti-amerika dalğası güclənib. Güclənəcək də. Sən xalqın qanına əli batanı terroristi qoru, sonra da denən xalq bizə niyə etiraz edir?! Buna xalq qərar verir…".
Strateq.az