"Suriyada Əsəd rejiminə məxsus qırıcı və helikopterlərin uçuşuna icazə verilməməlidir".
Bunu Fransa Xarici İşlər naziri Jan Mark Ayrault jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Hələbdə həyata keçirilən hücum Əsədin ölkəni bölmək istədiyini göstərdi. Hələbin XXI əsrin Quernikası olmasına imkan verməməliyik. Tarixin özünü təkrar etməsinə seyrçi qala bilmərik”, – Ayrault bildirib.
Qeyd edək ki, ötən əsrin 30-cu illərində İspaniyada baş verən daxili savaşlar zamanı Quernika şəhəri bombardman nəticəsində tamamilə darmadağın edilmişdi.
Axar.az