XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 23:38

YAP-dan Tağı Əhmədov-Çovdarov qalmaqalına reaksiya:"Qərar verəcəyik!"

siyavus

Yeni Azərbaycan Partiyasının Yasamal rayonu üzrə təşkilat sədri, Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədovun adı mətbuatda “keçmiş MTN işi” istintaqı ilə bağlı hallanır.

Belə ki, T.Əhmədova qarşı hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov tərəfindən ittihamlar səsləndirilir.

Bu qallmaqallı məsələyə münasibət bildirən YAP İcra katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində bildirib ki, bu, hüquq-mühafizə orqanlarının işidir:

"Hüquq-mühafizə orqanları bunu sübuta yetirsə və ittihamlarla bağlı məsuliyyətə cəlb etmə olsa, o zaman partiya həmin şəxslə bağlı addım atacaq. Çox adam haqqında çox ittiham səsləndirirlər. Konkret qərar olsa, buna uyğun olaraq, Tağı Əhmədovla bağlı qərar verəcəyik".