Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ərazidə dərhal yanğınsöndürmə işləri aparılıb.
Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın mərkəzdə – 9-cu sırada yerləşən ayaqqabı mağazasında baş verib. Yanğının qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.
Yanğın artıq söndürülüb.