XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 10:32

Gülən danışdı:“Ərdoğanı dünya müsəlmanlarının lideri elan etmədik, bizdən qisas aldı”

 

gulen

"Ərdoğan onu bütün müsəlmanların lideri elan edəcəyimizi, bunun üçün dünya səviyyəsində çalışacağımızı umurdu. Bu olmayınca, bizə qarşı müharibə elan etdi".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyədə dövlət çevrilişi hazırlamaqda ittiham olunan Fətullah Gülən deyib.

O, Almaniyanın "Die Zeit", İspaniyanın "El Pais" qəzetləri və alman xəbər agentliyi “dpa”-ya verdiyi ortaq müsahibəsində 15 uyil çevriliş cəhdində Ərdoğanı günahlandırıb. Bildirib ki, bu ssenari bir neçə il əvvəl planlaşdırılıb, yalnız ən uyğun an seçilərək həyata keçirilib. “Son günlər bunu qəti olaraq təsdiqləyən dəlillərin ortaya çıxdığını” bildirən Gülən bu dəlillər barədə məlumat verməyib.

Gülənin fikrincə, 15 iyul hadisəsi Ərdoğana xoşuna gəlməyən adamları vəzifədən uzaqlaşdırmaq və həbsə atmaq və beləcə öz iqtidarını gücləndirmək üçün lazım idi.

Ərdoğanı keçmişdə dəstəkləməsinin səbəbinə də aydınlıq gətirən Gülən "Türkiyəni AB-yə hazırlamağı, insan hüquqları və demokratiyanı gücləndirməyi vəd etdiyi" üçün onun yanında yer aldıqlarını bildirib: “Ərdoğanın niyyəti isə onu dünya müsəlmanlarının lideri elan etməyimiz və dünya miqyasında bunun üçün çalışmağımız idi. Bu gözləntiləri qarşılanmayınca, bizdən öz intiqamını aldı”.

Fətullah Gülən tərəfdaşlarının çevriliş cəhdində iştirak ehtimalı ilə bağlı suala cavab olaraq bildirib: "Bir iddianı irəli sürənlər onu sübut etmək məcburiyyətindədir. Biz ittiham olunan tərəfik. Sübut etmək bizim yox, bizi suçlayanların vəzifəsidir. Çevriliş cəhdinə kim təşəbbüs etmişsə, seçilmiş hökumətə və mənim əxlaqi prinsiplərimə zidd addım atmışdır”.

ABŞ-ın onu Türkiyəyə ekstradisiya etməsi mövzusuna da toxunan Gülən belə bir qorxusunun olmadığını deyib: “ABŞ-a qonaqpərvərliyinə görə təşəkkür edirəm, qala bildiyim qədər burda qalacağam. Arzu olunmadığımı hiss edincə də çıxıb gedəcəyəm".

Müsahibəsində vətən həsrəti çəkdiyini gizlətməyən Gülən Amerikada öləcəyi təqdirdə, nəəşinin Türkiyəyə aparılaraq, anasının yanında dəfn edilməsini istədiyini deyib.

Qeyd edək ki, 78 yaşlı Gülən 1999-ci ildən bu yana ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

Strateq.az