XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 14:05

İngiltərə Avropa çempionatınaev sahibliyinə namizədlikdən imtina etdi

İngiltərə Futbol Assosiasiyasının sədri Qreq Klark ölkəsinin 2024-cü il Avropa çempionatına ev sahiblik etmək iddiasından əl çəkdiyini bildirib.

Buna səbəb 2020-ci il Avropa çempionatının yarımfinal və final oyunlarının Londonda keçirilməsidir.

“2020-ci ildən 4 il sonra yenidən Avropa çempionatını keçirmək istəyi düzgün çıxmaz. 2018-ci il dünya çempionatının namizədliyi mübarizəsi bizə 23 milyon dollara başa gəldi. Bu böyük məbləğdir”, — deyə Qreq Klark bildirib.

Xatırladaq ki, ötən il yayılan məlumata görə, İngiltərə 2024-cü il Avropa çempionatında Almaniyanın namizədliyini dəstəkləyəcək. Almanlar isə 2028-ci il dünya çempionatı zamanı İngiltərəyə dəstək olacaq(azərtac).