XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 15:57

“Rusiya Azərbaycana “İsgəndər” raketləri satmayacaq, çünki…” –Politoloq

elxan-sahinoglu-esas

"Rusiyanın modern “İsgəndər” raketləri Ermənistanda peyda olduqdan sonra Azərbaycanın iki seçimi var.

Birinci seçim – rəsmi Bakı Kremlə müraciət edir ki, Rusiya bizə də “İsgəndər” raketləri satsın. Halbuki, Kreml eyni adlı raketləri Ermənistana peşkəş verib ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə pozulmasın. Əgər Kreml Azərbaycana “İsgəndər” raketlərini satmaq istəməsə, qalır ikinci seçim – “İsgəndər” raketlərini havada neytrlaşdırmağa imkan verən raketlərdən müdafiə sistemini əldə etməkdir".

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu sistemi İsrail “İsgəndər” raketlərini havada neytrlaşdırmağa imkan verən raketlərdən müdafiə sistemini Azərbaycana satmağa hazırdır:

"Rusiyanın Azərbaycana “İsgəndər” raketlərini satacağını düşünmürəm. Çünki əks halda, həmin raketləri Ermənistana ötürməzdi. Elə Moskvanın raketləri Ermənistana ötürməkdə məqsədi hərbi balansın Azərbaycanın xeyrinə pozulmasına mane olmaq idi. İndi həmin raketləri bizə də versə, üstünlük yenə də Azərbaycanın tərəfində olacaq. Bu, Kremlin maraqlarına cavab vermir.

Digər tərəfdən Azərbaycan Türkiyənin hərbi strateji müttəfiqidir. Rusiya ehtiyat edə bilər ki, “İsgəndər” raketlərinin texnologiyası NATO ölkəsinin əlinə keçə bilər".

Politoloq deyir ki, Azərbaycanın “İsgəndərə” qarşı İsraildən müasir raket sistemləri alması da Kremlin xoşuna gəlməyəcək:

"Çünki Azərbaycan Rusiyanın silahından da üstün olanına yiyələnəcək. Bütün hallarda nə etsək, bu Kremlin xoşuna gəlməyəcək. Ancaq biz hərbi qüdrətimizi Rusiyanın xoşuna gəlib gəlməmək üçün artırmırıq, nə ediriksə, işğal altındakı torpaqların azadlığı üçün edirik. Bunu isə heç kim bizə qadağan edə bilməz".