TANAP layihəsi: Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Türkiyənin Qars şəhərində mərhum Azərbaycan prezidenti Heydər Əliyevin adını daşıyan sənaye liseyinin açılışı başlayıb.
Açılış mərasimində prezident İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, ilə yanaşaı bir çox dövlət rəsmiləri iştirak edib.
Ərdoğan mərasimdə geniş nitqlə çıxış edib. O bildirib ki, bu sənaye lisey 424 şagirdə xidmət edəcək: “Lisey idman salonu, laboratoriya, pansion və sairə ilə təhciz edilib. Buranı nümunəvi bir təhsil ocağı kimi görürəm. Bu lisey Azərbaycanla münasibətlərimizin səmini bir simvoludur. Məktəbin açılışında əməyi olan hər kəsə təşəkkür edirəm. Bu məktəbin Qarsda inşaasını kömək edən İlham Əliyevə təşəkkür edirəm. Mərhum Heydər Əliyevin adını ölkəmizin hər yerində yaşadırıq, yaşatmağa da davam edəcəyik”.
Ərdoğan bu gün təməli atılacaq TANAP layihəsinə də toxunub. O, bu layihənin Türkiyə-Azərbaycan-Gürcüstanla yanaşı bütün ölkələrə xeyirli olmasını diləyib.
Türkiyənin dövlət başçısı Novruz bayramını da təbrik edib: “İlaxır çərşənbənizi təbrik edirəm. Bu gün Azərbaycanda ən çoşğulu gün kimi qeyd edilir. Bu gecə vəsiləsilə oxunan duaları, xeyirli işlərin qəbul edilməsini arzu edirəm. Azərbaycan başda olmaqla Orta Asiyadan Balkanlara qədər bu 5 minlik bayramın birliyimizə vəsilə olmasını arzu edirəm. Novruzun bütün dünyada sülh və hüzurun xəbərçisi olmasını diləyirəm”.