"Sığınacaq verilməyən miqrantlar Avropa Birliyi məkanından gəldikləri ölkələrə geri göndərilməlidir".
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu çağırışı Almaniya kansleri Angela Merkel Mərkəzi və Şərqi Avropa ölkələrinin Vyanada keçirilən sammitində səsləndirib.
Lakin Merkel Avropa Birliyinin humanist dəyərlərə və bu sahədəki öhdəliklərə sadiq qalmalı olduğunu da vurğulayıb.
Qeyd edək ki, Almaniya bu ilin sonunadək qaçqınlara sığınacaqla bağlı milyona yaxın müraciətə baxacaq.