Suriyadan bir az əvvəl Türkiyənin Hatay vilayətinin Yayladağı rayonuna raket atılıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarından Suriya prezidenti Əsədə bağlı olan hökumət qüvvələri Türkməndağı və Cebel Ekrad bölgələri istiqamətində əməliyyata başlayıblar:
"Bu əməliyyat çərçivəsində Əsəd rejiminə bağlı olan birliklərdən atılan raket Yayladağındakı Belengöz Sərhəd Məntəqəsinin yaxınlığındakı boş əraziyə düşüb. Hadisədə can və mal itkisi olmasa da, Türkiyə ordusunun 3-cü Sərhəd Komandanlığına bağlı olan ordu birliyi raketin atıldığı atəş nöqtəsinə ardıcıl zərbələr endirib".
Strateq.az