Türkiyənin Mardin vilayətində Derik-Kızıltəpə avtomobil yolunun Derik rayonu,Təpədağ kəndiinin yaxınlığında PKK terroristləri yenə qanlı hadisə törədiblər.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, terroristlər yola uzaqdan idarə olunan əldəqayırma bobma basdırıblar:
"Həmin bomba əsgər və qoruyucuları daşıyan mikroavtobusun keçişi sırasında partladılıb. Partlayış nəticəsində 3 əsgər şəhid olub. 5-i əsgər, 2-i qoruyucu isə ağır yaralanıblar. Yaralılar Derik, Qızıltəpə və Diyarbəkirdəki xəstəxanalara qaldırılsa da, orada ağır yaralı əsgərin biri də həkim müdaxiləsinə rəğmən, şəhid olub. Hazırda 4 əsgər, 2 qorucunun müalicələri davam edir".
Hadisədən sonra bölgədə geniş əməliyyata başlanılıb.
Strateq.az