XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 22:01

“Günəşli” yatağında son vəziyyət –Fövqəladə Hallar Nazirliyi ilə SOCAR birgə məlumat yaydı

gunesli-yanq

Bu gün “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib.

Strateq.az xəbər verir ki, bu sözlər Fövqəladə Hallar Nazirliyi ilə SOCAR-ın birgə məlumatında bildirlib.

Məlumatda deyilir ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib:

"Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  “Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir".