XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 19:15

Alman nəşrindən qalmaqallı iddia:""Cəbhət ən-Nusra”nı da ABŞ silahlandırır"

nus

“Cəbhət ən-Nusra” yaraqlıları

© AP Photo, Edlib News Network ENN

 

Focus (Almaniya), 26.09.2016

 

İslamçı “Cəbhət ən-Nusra” ABŞ-da, ən azı, rəsmən terrorçu təşkilat sayılır. Bu qurum üsyançıların Hələb ətrafındakı ən güclü qruplaşmasıdır. Yüksəkçinli komandir iddia edir: “Amerikalılar bizim tərəfimizdədir”.

O, ehtimal olunan silah tədarükündən danışır və hətta qoşun növlərinin adını çəkir.

Bir döyüş dəstəsi komandirinin məlumatına görə, Suriya “Cəbhət ən-Nusra”sı ABŞ-dan silah alır. Qurumun adamı "Kölner Stadt-Anzeiger” qəzetinə izah edib ki, ABŞ tank əleyhinə “Tow” tipli raketlər tədarük edir.

“Cəbhət ən-Nusra” əvvəllər “Əl-Qaidə”yə bağlı idi. “ABŞ onlara Azad Suriya Ordusu vastəsilə silah tədarük edir?” sualına “Cəbhət ən-Nusra"nın adamı cavab verib: “Raketləri birbaşa bizə verdilər. Amerikalılar bizim tərəfimizdədir”.

Lakin kooperasiya “Cəbhət ən-Nusra”nın görmək istədiyi kimi alınmır. “Cəbhət ən-Nusra” komandiri atəşə tutulmuş humanitar konvoydan danışır. Todenhöfer bu müsahibəni on gün əvvəl götürüb. “Cəbhət ən-Nusra” komandiri o zaman danışıb ki, prezident Bəşər Əsəd rejimi geri çəkilmək tələbini yerinə yetirməsə, BMT-nin humanitar konvoyunu Hələbə buraxmayacaqlar.

Xatırladaq ki, on gün sonra konvoy atəşə tutulub.

“Rejim bütün ərazilərdən çəkilməlidir ki, biz yük maşınlarını buraxaq. Hər hansı yük maşını yenə də keçərsə, biz sürücünü həbs edəcəyik”.

Todenhöferin həmsöhbəti göstərib ki, güzəştə hazır deyil. O deyib: “Biz rejimi devirənə qədər vuruşacağıq. Məqsəd İslam şəriətinə uyğun İslam dövlətinin qurulmasıdır. Biz heç bir dünyəvi dövlət tanımırıq”.

 

Tərcümə Strateq.az-ındır.