XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2016 - 21:23

Referendum bitdi:3 milyon 671 min 707 nəfər səs verdi

referendum

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) bitib.

Bu gün saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb. Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər.

Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. Bunların sırasında AŞPAMDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri var.

Seçkiləri 53 min 531 yerli müşahidəçi izləyib.

Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə yekun seçici fəallığı açıqlanıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər  5 milyon 267 min 111 seçicidən 3 milyon 671  min 707 nəfər səs verib.

Beləliklə, referendumda seçici fəallığı 69,7 faiz təşkil edib.

Referendum baş tutub.