XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 00:24

Ukrayna ilə viza rejimi ləğv olundu –Avropa Parlamentində səsvermə keçirildi

Ukrayna 7767

Avropa Parlamentinin Vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

Müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.

Deputatlardan 38 qərarın lehinə, 4-ü əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

Qeyd edək ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin sessiyasında təsdiqlənməlidir.

APA