XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 10:10

Qəddafi olayı, yoxsa… –Sarkoziyə yaxın olan sabiq kəşfiyyat və polis şefi qandallandı

bernar-fransa

Fransanın sabiq prezidenti Nikola Sarkoziyə yaxınlığı ilə tanınan və haqqında açılan bir çox cinayət işləri, o cümlədən gizli məlumatları faş etmək ittihamı ilə 2014-cü ildə haqqında hökm çıxarılan Daxili kəşfiyyat Xidmətinin sabiq müdiri Bernar Skuarcini həbs edilib.

Strateq.az "Le Monde" qəzetinə istinadən xəbər verir ki, Paris polisinin sabiq müdiri Kristian Flaeşin də həbs olunub.

Onunla bərabər, F.Sarkozinin kabinə müdiri Mişel Qoden də istintaqa cəlb olunub.

Fransız mediası keçmiş prezidentə yaxın üç məmurun yaxalanması ilə bağlı müxtəlif fərziyyələr irəli sürür.

Kəşfiyyat xidmətinin eks-şefi B.Skuarcininin adı 2007-ci ilin prezident seçkiləri kampaniyasına mərhum Liviya lideri Müəmmer Qəddafinin maliyyə dəstəyi verməsi iddiaları səsləndikdən sonra gündəmə gəlmişdi.

M.Rzasoy