XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 11:41

AŞPA missiyası:"Azərbaycanı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq"

aspa

"Təəssüf edirik ki, Azərbaycan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı rəy alınması üçün Venesiya Komissiyasına müraciət etməyib".

Bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.

O, nümayəndə heyətinin AŞPA bürosunun Venesiya Komissiyasına rəy üçün müraciət etməsini alqışladığını bildirib: "Biz Azərbaycan hökumətini Konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq".

A. Nikoloski referendum kampaniyasi zamanı bir neçə aktivistin müxtəlif ittihamlarla saxlanılmasından təəssüfləndiklərini qeyd edib.

O, Azərbaycan hökumətinin bəzi fəalların azadlığa buraxılması ilə bağlı qərarını alqışladıqlarını da deyib, bu istiqamətdə növbəti addımların atılmasına çağırıb.

APA