XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 17:56

Azərbaycandan 3 ton heroini keçirənlərin adları məlum oldu

bocka.jpg

Tbilisi məhkəməsi çoxtonluq maye heroinin daşınmasında təqsirli bilinən Türkiyə

vətəndaşının barəsində qiyabi hökm çıxarıb. Narkotik maddə yük maşınında yerləşdirilmiş 93 çəlləkdə olub.

Axtarışda olan Türkiyə vətəndaşı Bayram Coşkun ömürlük həbs cəzasına məhkum edilib. “Novosti-Qruziya” xəbər verib.

Eyni zamanda onun tərəfdaşları – Gürcüstan vətəndaşı Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu bəraət alıblar.

Cinayət materiallarından məlum olub ki, 2014-cü il iyulun 12-də gürcü polislər yük maşınına baxış zamanı hər biri 30 litrlik 93 çəllək aşkar ediblər. Onların içində maye heroin olub. çəkisi 2,79 ton təşkil edən yükün dəyəri 93 milyon ABŞ dolları təşkil edib.

Narkotik vasitənin olduğu avtomobil İran, Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsilə Moldovaya gedirmiş. Sənədlərdə maşında maye sabunun olduğu göstərilib.

Gürcüstan hakimiyyəti iki həftədən sonra bildirmişdi ki, heroin “Taliban” hərəkatına məxsus olub.

Təhqiqata başqa ölkələrin də hüquq-mühafizə orqanları qoşulub. Azərbaycan ərazisindən qanunsuz tranzit üzrə iş nəzarətə götürüb.

2014-cü ilin oktyabrında prokurorluq cinayət işinə xətm verərək yük maşınının sürücüsü Quram Sesxladzeni azad edib.

Müəyyən edilib ki, yükün sifarişçisi Bayram Coşkundur.

“İstintaq sübut edib ki, naməlum şəxslər Quram Sesxladzenin maşınından istifadə etmək üçün pulla onu tutublar”, – sürücünün vəkili Emzar Paksadze bildirib.