İsrailin «Pango» şirkəti baş qəhrəmanları Rusiya prezidenti Vladimir Putin və qızı olan reklam roliki çəkib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, reklamda Putinin qızı qırmızı kabrioletdə Moskva küçələrini gəzərək avtomobilini parklamaq üçün yer axtarır.
O, atasına zəng edərək kömək istəyir və həmin vaxt Hələbdə döyüşdə olan Putin problemi "özünəməxsus" qaydada yoluna qoyur.
Rolikin sonunda "Pango" (avtomobillər üçün parklama xidməti göstərir) şirkəti bildirir ki, müştərinin məlum problemlini Putindən daha pis həll etməyəcək.
https://www.youtube.com/watch?v=bSx6Bn2_qQs