XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 15:57

İran generalı:“Hədəfimiz İsraildir, onu vura bilərik”

iran

“Mənzili 2 min kilometri aşan raketə ehtiyacımız yoxdur. Ehtiyac hiss etdiyimiz raketlərimiz isə kifayət qədərdir”.

Strateq.az xəbər verir ki, bu maraqlı etirafı İran İslam İnqilabı Keşikçiləri korpusunun Hava-kosmos qüvvələri komandiri general-mayor Əmir Əli Hacızadə edib.

Jurnalistlərə açıqlamasında general öz  fikrini bu cür əsaslandırıb: "Hədəfimiz İsraildir. Buna görə də ehtiyac duyduğumuz ən uzunmənzilli silah 'işğal edilən torpaqlara' çatacaq gücdə olan raketlərdir. Bu raketlər isə əlimizdə var”.