XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 20:49

Moskva ilə Vaşinqtonun Suriyaya dair razılaşması yayıldı- Rusiya ABŞ-ı sazişi gizli saxlamaqda ittiham etdi

ABS_

Moskva ilə Vaşinqtonun Suriyaya dair razılaşması ictimailəşib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşma Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Rusiya XİN-in iddiasına görə, Moskva sazişin mətnini ictimailəşdirməklə bağlı bir neçə dəfə təkid etsə də, Vaşinqton buna qarşı çıxıb.

Yalnız sazişin bəzi detalları xarici KİV-lərə sızandan sonra ABŞ Dövlət Departamenti sənədin yayılmasına razılıq verib.

Qeyd edək ki, sentyabrın 23-də «Associated Press» sənəddən bəzi hissələri dərc etmişdi.

Xatırladaq ki, sentyabrın 9-da İsçveçrədə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya ilə bağlı çoxmərhələli plana dair razılığa gəliblər. Plana əsasən, sentyabrın 12-dən Suriyada atəşkəs rejimi elan olunub. Atəşkəs bir həftə davam edib və bu müddətdə tərəflər bir-birlərini onu pozmaqda ittiham ediblər.

Sentyabrın 19-da əvvəl müxaliflər, sonra isə hökumət qüvvələri döyüşlərin bərpa olunduğunu elan edib. Bununla yanaşı, Moskva və Dəməşq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Suriya ordusunun mövqelərinə zərbələr endirməkdə ittiham ediblər.

Vaşinqtondan isə bəyan ediblər ki, Moskva Suriyada humanitar konvoya hücum edib.