Havalar soyuduqdan sonra bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilir.
Strateq.az atv.az-a istinadən xəbər verir ki, məhsullarda 10 qəpik – 1 manat arası bahalaşma var.
Məsələn, 50 qəpiyə satılan badımcan 70 qəpik, kələm 60 qəpik, pomidor 1 manat 50 qəpik, xiyar 1 manat, nar 2-3 manat, üzüm 2-3 manat, armud 1 manat 50 qəpik, yerkökü 1 manatdan təklif olunur.
Ekspertlər bildirir ki, bahalaşma mövsüm, eyni zamanda ixrac və idxaldan asılı olaraq dəyişir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, indi bazarlarda müşahidə olunan qiymət artımı mövsümü xarekter daşıyır.