XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 12:27

Nazir kollec direktorunu işdən azad etdi –Səbəb (FOTOLAR)

mikayil-nazir

Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib. 

Strateq.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, kollecin ərazisindəki futbol meydançasında "İnteks MMC” şirkəti tərəfindən tikilən yeni yaşayış kompleksinin inşaat işləri zamanı ortaya ciddi problemlər çıxıb:

"Belə ki, təhsil müəssisəsinin binasının zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.

Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.

Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov səhlənkarlıq göstərərək kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən azad edilib. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırılıb.

Təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir".

Nazir direktoru işdən qovdu -  Kollecin həyətində bina tikilirmiş+Fotolar

Nazir direktoru işdən qovdu -  Kollecin həyətində bina tikilirmiş+Fotolar

Nazir direktoru işdən qovdu -  Kollecin həyətində bina tikilirmiş+Fotolar

Nazir direktoru işdən qovdu -  Kollecin həyətində bina tikilirmiş+Fotolar