XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 16:36

“Təyyarəni Rusiya vurub” –Hollandiyadan Moskvaya sensasion rəsmi ittiham

teyyare-qeza

2014-cü ildə Ukrayna səmasında Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı bu gün rəsmi detallar açıqlanıb.

Strateq.az TRT kanalına istinadən xəbər verir ki, Hollandiyalı istintaqçıların 2 il apardığı araşdırmanın nəticələri bu gün ictimaiyyətə bəyan edilib.

Bildirilib ki, içərisində 176 Hollandiya vətəndaşının olduğu təyyarə Rusiyadan gətirilən və Ukrayadakı Rusiya meylli qüvvələrin ələ keçirdiyi əraziyə bir günlük yerləşdirilən raket kompleksi ilə vurulub:

"İstinaqın gəldiyi ən ilginc nöqtə isə təyyarəni vuran raket kompleksinin Rusiya Hava Qoşunlarının 53-cü hava dviziyasına məxsus olan raketlə vurulmasının rəsmən elan edilməsidir. İstintaq bəyan edir ki, təyyarə vurulduqdan sonra ruslar həmin kompleksi tələsik Ukrayna ərazisinə keçirərək, bir gün orada saxlayıblar. Və sonra həmin kompleksi geri aparıblar".

Maraqlıdır ki, 2 illik istintaq dövründə dəfələrlə Rusiyanın və Donetskidəki separatçı qüvvələrin adı bu olayda hallansa da, rəsmən bu barədə hər hansı açıqlama verilməmişdi.

Məlumata görə, Hollandiyanın baş nazirinin də bu gün axşam xüsusi açıqlama verəcəyi gözlənilir.

Strateq.az onu da bildirir ki, rəsmi Moskva istintaq materialının yayılmasından dərhal sonra təkzib bəyanatı yayıb.

Bəyanatda "istintaq qrupunun yaydığı məlumat həqiqəti əks etdirimir", – deyə, bildirilib.

Strateq.az