XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 16:32

İlham Əliyevdən Şimon Peresin vəfatı ilə bağlıbaşsağlığı (Mətn)

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti  Reuven Rivlinə İsrailin keçmiş prezidenti, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".