XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 16:50

Bəkir Bozdağ:"32 min nəfər həbs olunub"

bekir-bozdag

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı təhqiqat çərçivəsində həbs olunanların sayının 32 min nəfərə çatdığını bildirib.

Anadolu agentliyi xəbər verir ki, nazir, həmçinin uğursuz çevriliş cəhdindən ötən müddətdə Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 70 min nəfər barədə araşdırma aparıldığını da qeyd edib.

Bəkir Bozdağın sözlərinə görə, təhqiqatın nəticələrindən asılı olaraq həbs edilənlərin sayı arta və ya azala bilər

Xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə silahlı cəhd göstərilib. Ankara qiyamın arxasında ABŞ-da yaşayan Fətullah Gülənin dayandığını bildirir və Vaşinqtondan onun Türkiyəyə verilməsini təkidlə tələb edir..