XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 21:37

ABŞ Rusiya ilə anlaşmanı pozur:Suriyaya dair əməkdaşlıq 20 gün çəkdi

Birləşmiş Ştatlar Rusiya ilə Suriyaya dair əməkdaşlığını dayandırır. Artıq ABŞ dövlət katibi Con Kerri bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovu məlumatlandırıb.

Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, bu gün tərəflər arasında telefon söhbəti olub: «Con Kerri rusiyalı həmkarına məlumat verdi ki, Rusiya Hələbdə döyüşləri dayandırmayana və atəşkəsə əməl etməyənə qədər ABŞ Suriya ilə bağlı əməkdaşlığı bərpa etməyəcək. Razılaşmanın pozulması Birgə İcra Mərkəzinə də aid ediləcək. Kerri Lavrovun diqqətinə çatdırıb ki, ABŞ və müttəfiqləri Hələbdəki vəziyyətə görə Rusiyanın məsuliyyət daşıdığını düşünürlər».

Xatırladaq ki, sentyabrın 9-da İsçveçrədə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya ilə bağlı çoxmərhələli plana dair razılığa gəliblər.

Plana əsasən, sentyabrın 12-dən Suriyada atəşkəs rejimi elan olunub. Atəşkəs bir həftə davam edib və bu müddətdə tərəflər bir-birlərini onu pozmaqda günahlandırıblar. Sentyabrın 19-da əvvəl müxaliflər, sonra isə hökumət qüvvələri döyüşlərin bərpa olunduğunu elan edib.

Bununla yanaşı, Moskva və Dəməşq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Suriya ordusunun mövqelərinə zərbələr endirməkdə ittiham ediblər. Həmin gün Rusiya bəyan edib ki, Əsəd ordusunun Suriyada atəşkəs rejiminə əməl etməsi mənasızdır. Çünki qarşı tərəf atəşi davam etdirir(azadlıq.info).