Gürcüstanın Vətənpərvərlər Birliyi Partiyasının Rustavi-2 telekanalında yayımlanan təşviqat kampaniyasında Türkiyənin Acarıstan Muxtar Respublikasını işğal edəcəyi iddia edilib.
Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası şikayətlər əsasında sözügedən təşviqat çarxını yayımdan çıxarması üçün araşdırmalara başlayıb.
Məsələ ilə bağlı "Rustavi-2"nin direktoru Nika Qvaramiyanın Türkiyədə və Gürcüstanda yaşayan türklərdən üzr istədiyi bildirilib.
Axar.az