XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 00:02

Bakıda evləri su basdı –FHN 17 nəfəri xilas etdi

fhn

Bu gün yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla, on yeddi nəfər xilas edilib. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.

Report