Bu gün keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxunub.
Rusiya prezidenti müraciətində bildirib ki, qısa vaxtda Forum böyük nüfuz qazanıb.
Qeyd olunub ki, bu gün Azərbaycan növbəti dəfə Forum iştirakçılarını qəbul edir: “İnanıram ki, dünyada qarşılıqlı anlaşmanın genişlənməsi sahəsində müzakirələr faydalı olacaq. Forum böyük uğurlar arzulayıram”.
APA