Azərbaycan Respublikasının Nazirlər Kabineti "İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.
Bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Sənəddə əsasən, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti aşağıdakı qərarı verib:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 9.1-ci bəndi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 9.2-ci bənd əlavə edilsin:
9.1. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri)
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.
9.2.Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri