XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 13:10

Azərbaycanın radara düşməyən yeni nəsil pilotsuz uçuş aparatları –FOTOLAR

pilotsuz-aparat

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) “ADEX 2016” beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir. 

MSN-in sərgidəki stendindən verilən məlumata görə, bunlar “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır.

Bildirilib ki, bundan əvvəl istehsal olunan “Orbiter 2” 5 saat və “Aerostar” 12 saat müddətində havada qala bilirdisə, “Orbiter 3” 6 saat, “Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir.

“Orbiter 4” pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir. “Orbiter 4” 150 km məsafəyə kimi gedib qayıda bilir.

“Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatları radara düşmür. 


APA