XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 16:31

Prezident İsrail səfirliyinə getdi –FOTO

ilham-israil-sefirlik

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsrailin Azərbaycandakı səfirliyində olub.

İsrailin Azərbaycandakı səfirliyindən bildirilib ki, dövlət başçısı İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub. (Report)