XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 22:27

Azərbaycanlı sahibkar Qazaxıstanda güllələndi –Qətl

silah

Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib. 

Hadisə Qazaxıstanın Qostanay şəhərində baş verib. Zərdab rayon sakini 50 yaşlı Çingiz Muxtar oğlu Əhmədov güllənərək qətlə yetirilib.

Məlumata görə, uzun müddətdir ki, qətlə yetirildiyi şəhərdə yaşayan Ç. Əhmədov müxtəlif yüksək vəzifələrdə çalışıb.

Son vaxtlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Mərhumun meyiti doğulduğu rayona gətirilərək dəfn olunub.

APA.az