XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2016 - 13:19

İŞİD-in əlində son texnoloji silahlar var –"Fərat qalxanı" əməliyyatının "dirənməsi"nin səbəbi açıqlandı

isid-44

Türkiyə ordusu Suriyada Azad Suriya Ordusu (ASO)  ilə birgə İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirir.

Strateq.az xəbər verir ki, bu gün Türkiyə ordusu İŞİD-in mövqelərini havadan və qurudan vurmaqla yanaşı, Əl Bab şəhərinin 10 kilometrliyinə çatıb:

"Bu gün Türkiyə ordusu ASO ilə birlikdə 2 kəndi İŞİD-dən azad edib. İki silah quraşdırılmış maşın və silah anbarları vurulub. Ancaq ASO bir neçə gün əvvəl ələ keçirdiyi bir kəndi yenidən İŞİD-ə təslim etməli olub".

Məlumata görə, Türkiyə ordusu ASO ilə birlikdə Əl Bab şəhərinin alınması üçün ciddi hazırlıqlara başlayıb: "Ancaq əməliyyatın ləng getməsinin ciddi səbəbləri də var. Bu isə İŞİD-in əlində olan son texnoloji silahların mövcudluğudur. Buna görə Türkiyə daha tədbirli və az itkiylə bu şəhəri almağı planlayıb".

Strateq.az