XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2016 - 17:16

Filippin prezidenti özünü Hitlerlə müqayisə etdi:"Onları məmnuniyyətlə öldürərdim"

Filippin prezidenti Rodriqo Duterte qalmaqallı açıqlaması ilə növbəti dəfə gündəmə gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlər qarşısında çıxış edən Duterte özünü Adolf Hitlerlə müqayisə edib. 

O, Hitlerin yüzminlərlə yəhudini öldürdyüyünü xatırladaraq deyib: "Filippində 3 milyon narkoman var. Onları məmnuniyyətlə öldürərdim. Əgər Almaniyanın Hitleri varsa, Filippinin də…".  Bu sözlərdən sonra prezident fasilə verib və ardından əli ilə özünə işarə edib.

Qeyd edək ki, Dutarte bir müddət əvvəl ABŞ prezidenti Barak Obama və BMT baş katibi Pan Gi Munu təhqir etmişdi. Son olaraq isə Avropa Birliyinin ünvanına xoşagəlməz ifadə işlətmişdi.

Bütün bunlara səbəb isə beynəlxalq aləmin Dutarteni narkoticarətlə mübarizədə qeyri-insani üsullardan istifadədə ittiham etməsidir.