XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2016 - 15:00

ABŞ-ın ölkəmizdəki sabiq səfiri:"Azərbaycan hakimiyyətinə qarşı "sakit diplomatiya" işləmir"

kozlaric-abs-sefiri

"Demokratik qurumları gücləndirmək üçün indiki Azərbaycan hökümətində ABŞ-ın heç bir tərəfdaşı yoxdur”.

Bunu ABŞ-ın Azərbaycanda keçmiş səfiri Ricard Kozlariç "BBC Azərbaycanca"ya müsahibəsində bildirib.

O, Dövlət Departamenti sözçüsünün 26 sentyabr referendumu ilə bağlı şərhlərini "dolaşıq” adlandırıb.

Kozlariç referendumunun demokratik proses kimi təsviri ilə razı olmadığını bildirib.

Keçmiş səfir bu mühitdə ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına yönəlik necə işləyəcəyini təssəvür edə bilmir.

Kozlariç Azərbaycan hakimiyyətinə qarşı "sakit diplomatiyanın işləmədiyini” vurğulayıb.

Azadliq.org