XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 16:43

“Müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurur” –Qubad İbadoğlu

Qubad

"Gələn il müdafiə xərcləri son ildə ən aşağı səviyyədə olacaq. Çıxış yollarından biri ordu vergisinin tətbiq edilməsi ola bilər".

Strateq.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

O bildirib ki, 2017-c ilin dövlət büdcəsinin ən zəif həqləsi müdafiə büdcəsi hesab oluna bilər:

"Çünki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq 1 milyard 615 milyon manat (hazırkı məzənnə ilə 1 milyard dollar) təşkil edəcək. Bu göstərici son 10 ildə, yəni 2007-ci ildən sonra ən aşağı səviyyəni xarakterizə edir".

İqtisadçının sözlərinə görə, regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın Azərbaycanla hərbi qarşıdurmasının gücləndiyi indiki şəraitdə Azərbaycanın müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurur:

"Eyni zamanda, nəzərə almaq lazımdır ki, son zamanlar istehlak bazarında sürətlə artan qiymətlər, manatın kəskin devalvasiyası hərbi qulluqçuların həyat şəraitini pisləşdirməkdə, eyni zamanda silahlı qüvvələrin müdafiə qabliyyətinin artırılması və yeniləşdirilməsi valyutaya olan tələbatı artırmaqdadır.

Belə bir şəraitdə müdafiə xərclərinin kəskin azalmasının, hərbi qulluqçuların əmək haqlarının ixtisarının qarşısını almaq üçün çıxış yollarından biri gələn ildən etibarən müdafiə vergisinin tətbiq edilməsi ola bilər.

Fikrimcə, bu vergi növü işləyənlərin gəlirlərinə (1-2 faiz) şamil edilməklə, yığılan vəsait müdafiə nazirliyinə ayrılmalıdır ki, onlar xərləri ilə gəlirlərini tarazlaşdıra bisinlər.

Yeri gəlmişkən qeyd edim ki, müharibə şəraitində olan bir çox ökələrdə anoloji vergi növü müxtəlif adlarla (müharibə, ordu, müdafiə və sair) tətbiq olunur".