Rusiya əcnəbi ölkələrdən radioelektron məhsulların dövlət sifarişinə qadağa qoyub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün baş nazir Dmitri Medvedev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 100-dən artıq məhsul çeşidi qadağa siyahısına düşüb. Bura ofis üçün texnika, kassa terminalları, bankomatlar da daxildir.
Rəsmən açıqlanmasa da, Moskvanın addımının Qərbin sanksiyalarına qarşılıq olduğu şübhəsizdir.
Qeyd edək ki, həm ABŞ, həm də Avropa Krımın ilhaqını və Rusiyanın Ukraynanın şərqində separatçılara dəstək verməsini sanksiyaların aradan qalxmasına əsas maneə kimi göstərir.