XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 18:54

Gömrük Komitəsinə əlavə səlahiyyətlər verildi –Fərman

gomruk

Bu gün Prezident İllham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman verib.

Strateq.az xəbər verir ki, Fərmana əsasən, aşağıdakı dəyişikliklər olacaq:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.43-1-ci və 3.1.43-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.43-1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatları “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil etmək;

3.1.43-2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancına görə tarifləri (gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş gömrük yığımlarının məbləğindən az olmamaqla) iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.