XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 13:04

Putinin Kabayevadan olan uşaqları ilk dəfəgörüntüləndi (FOTOLAR)

Tanınmış rus gimnast, Rusiya Dövlət Dumasının keçmiş deputatı Alina Kabayeva uzun müddətdən sonra ictimaiyyət arasında görünüb. 

Kabayeva barmağındakı nişan üzüyü və yanındakı iki azyaşlı oğlanla bütün diqqətləri özünə çəkib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın «Daily Mail» nəşrinin iddiasına görə, bu oğlanlar Rusiya prezidenti Vladimir Putinlə Kabayevanın uşaqlarıdır.

Qəzet yazır ki, Putinlə yaxın əlaqələrinə görə 2008-ci ildən medianın gündəmində olan 33 yaşlı Kabayeva Moskvadakı «Meqasport» sarayına buz şousunu izləməyə gəlib. 

Kabayeva bütün tədbir boyu nişan üzüyünü gizlətməyə çalışsa da, fotoqraflar bu maraqlı detalı gözdən qaçırmayaraq lentə alıblar.

Kabayevanın deputatlıq fəaliyyəti 2014-cü ilin sentyabrında başa çatıb. Bundan sonra o, «Milli Media Qrup»da Direktorlar Şurasının sədri postunu tutub.

Bir neçə il əvvəl İsveçrə mətbuatı Kabayevanın xarici klinikaların birində Putindən övladının dünyaya gəldiyi barədə məlumat yaymışdı. Kreml isə bu məlumatı təkzib etmişdi.

Vladimir Putinlə həyat yoldaşı Lyudmila Putina 2013-cü ildə rəsmi şəkildə ayrılıblar. Bunun ardınca Putin şəxsi həyatı ilə bağlı açıqlama verərək bu istiqamətdə yeni planlarının olduğunu bildirib. 

Lyudmila Putina isə bu ilin yanvarında yenidən ailə həyatı qurub.