XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2016 - 13:53

Roma papasından maraqlı açıqlama:"İndi kimlərsə fikirləşir ki,.."

papa

 "İndi kimlərsə fikirləşir ki, Roma Papası çox vaxt itirir. Çox uzaq bir yerdən cəmi 600-700 xristian imanlının yaşadığı ölkəyə gedir və bunun üçün xeyli miqdarda pul xərclənir".

Bu sözləri Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində çıxışı zamanı deyib.

O, Azərbaycanın çoxkonfessialı cəmiyyət olduğunu bildirib:

"Lakin bu, təkkonfessialı bir cəmiyyət deyil. Siz burada çoxlu dillərdə danışırsınız: İngiliscə, İspanca, Rusca, Azərbaycanca. Bəlkə də demək olar ki, bu insanlar yalnız kilsənin ətrafında yaşayırlar. Amma bu mənada Roma papası bir az müqəddəs ruha oxşamaq istəyir. O müqəddəs ruh balaca bir Yerusəlim şəhərinə endi. O cəmiyyət bəlkə də qorxurdu, həmişə fikirləşirdi ki, biz indi kənarda qalmışıq, heç kimi bizə fikir vermir. Sadəcə iki şey vacibdir: heç vaxt Məryəm ananı yaddan çıxarmayın, qorxmayın, irəli gedin!". (Report)