XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2016 - 21:23

“Bircə xalqı soymağı bilirlər” –Əli Kərimlidən hökumətin qərarına sərt reaksiya

alikerimli.jpg

Nazirlər Kabineti tərəfindən Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş), toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq edilməsinə AXCP sədri Əli Kərimlidən sərt reaksiya gəlib.

Strateq.az xəbər verir ki, bununla bağlı Əli Kərimli "Feysbuk"dakı səhifəsində status paylaşıb. Ə.Kərimli yazıb:

"Hökumət növbəti qiymət artımına qərar verdi. Yumurtadan toyuq ətinə, üzümdən almaya qədər meyvə və ərzaq məhsullarının gömrük rüsumunu qaldırdılar. Deməli, həmin məhsulların əhaliyə satış qiyməti də dərhal və ciddi şəkildə artacaq.

Biz də bunlara təkliflər veririk ki, korrupsiyadan imtina edin, monopoliyaları ləğv edin, sahibkarlığa, azad rəqabətə, ölkəyə sərmayə qoyuluşuna imkan yaradın…

Adamlar sanki özlərinə söz veriblər ki, xalq səfalət içində yaşasa da, islahat istiqamətində heç bir addım atmasınlar. Pul qazanmağın isə tək bir yolunu – xalqı soymaq yolunu bilirlər.

Bu qərardan kənd əhalisinin qazanacağına da ümid etməyin. İri torpaq sahələrini və kənd təsərrüfatındakı əsas istehsal sahələrini də öz monopoliyalarına götürürlər. Bu qərarı da öz maraqları üçün veriblər…".

Xatırladaq ki, Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.

Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Strateq.az