XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 09:47

İran DİN başçısı bu gün Azərbaycana gələcək –Səbəb

i

İranın daxili işlər naziri Abdolreza Rəhmani Fəzli bu gün Azərbaycana rəsmi səfərə gələcək.

 Səfər çərçivəsində DİN başçısı ikitərəfli münasibətlərin aktivləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparmaq üçün Azərbaycan rəhbərliyi ilə görüşəcək.

İranın daxili işlər nazirinin beynəlxalq əlaqələr üzrə müavini Babək Dinparast bildirib ki, səfərin uğurla yekunlaşması iki ölkə arasında əməkdaşlıqda dönüş nöqtəsi olacaq.

Qeyd olunur ki, nazirin Azərbaycana rəsmi səfəri iki gün davam edəcək. (Report)