XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 19:38

Mavzoleydə terror aktı:Lenin necə “sağ qaldı”...

lenin

Sovet dövləti rəmzi olaraq basdırılsa da, bu dövlətin banisi Vladimir Leninin məzara gömülməsi hələ də xəyal olaraq qalır.

Strateq.az xəbər verir ki, hətta cəsarəti ilə öyünə biləcək Rusiya dövlətinin rəhbərliyi də son vaxtlar "Oktyabr çevrilişi"nin tarixi səhv olması haqqında açıq bəyanatlar versə də, onun əsas simasının ölkənin 1 saylı strateji nöqtəsindən kənarlaşdıra bilmir.

Bunun səbəbləri anlaşılandır: yaşlı nəslin təpkisi və kommunistlər başda olmaqla müxalifətin ciddi müqaviməti.

Odur ki, Moskvanın mərkəzində, Kreml divarları ilə qonşuluqdakı Mavzoley qarşısında uzun növbənin nə zaman qurtaracağı hələ də bəlli deyil.

Bu günədək geniş bəlli olmayan bir fakt da Mavzoleydə həyata keçirilmiş iki terror aktıdır.

Onlardan ilki 1967-ci ili sentyabrında baş verib. Litvanın Kaunas şəhərindən olan Krısanov soyadlı şəxsin törətdiyi terror aktı zamanı insan tələfatı yaşanıb. Mavzoleydə ikinci terror aktı da məşum olub və hələ də qalın sirr pərdəsi ilə örtülüdür.

Tarix: 1973-cü il sentyabrın 1-i.

Həmin gün Mavzoleyin daxilində baş vermiş partlayış zamanı üç nəfər həlak olub, dörd məktəbli ağır yaralanıb.

Hadisənin araşdırılmasına qayət ciddilik və məxfiliklə yanaşılsa da, cinayəti törədənin şəxsiyyətini aydınlaşdırmaq sonadək mümkün olmayıb.

Sentyabrın 1-də dərs ilin başlanması ilə əlaqədar Mavzoleydə keşik çəkənlər onu müəllim zənn ediblər. Leninin cəsədi olan sarkofaqa yaxınlaşan terrorçu paltarının altında gizlətdiyi partlayıcını işə sala bilib.

Zirehli şüşəni zədələmək mümkün olmayıb, lakin partlayış dalğası elə güclü olub ki, girişdə keşik çəkən əsgərləri belə bir neçə metr kənara atıb.

Yalnız əli və başının bir hissəsi qalan terrorçunun əvvəllər 10 il azadlıqdan məhrum edildiyinə dair şübhələr olub. Belə ki, bunu sübut edən sənədin qalıqları varmış. Lakin hətta sənədin terrorçuya məxsusluğu şübhə doğurub.

Sovet tarixinin ən qanlı terror aktlarından biri olan bu hadisəni KQB rəhbəri Yuri Andropovun şəxsən başçılıq etdiyi istintaq qrupu araşdırıb. Sonda bir çox suallara cavab tapa bilməyən müstəntiqlər cinayətkarın manyak olması barədə nəticəyə gəlib.

Lakin cinayətin motivləri açılmamış qalıb.

M.Rzasoy

movzoley-lenin