XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Oktyabr 2016 - 21:12

Mərhum prezidentin adını daşıyacaq məscid –Sponsorlarından biri ABŞ-da cinayətkar aləmin bossu kimi tanınır

mescid-islam-ota11

Özbəkistan paytaxtında mərhum prezident İslam Kərimovun adını daşıyacaq məscidin inşası tamamlanmaq üzrədir.

Strateq.az xəbər verir ki, əvvəllər "Curabəy" adı daşımış bu məscidin inşası eks-prezidentin qızı Lola Tilyayevanın təşəbbüsüdür.

Əmir Teymurun nəticələrindən olmuş sabiq rus generalı Cura bəyin hələ ötən əsrdə tikdirdiyi məbəd ötən il yanğın nəticəsində ciddi xəsarət almışdı.

Bu il Özbəkistan prezidentinin vəfatından sonra L.Tilyayeva onu atasının xatirəsinə bərpa etmək qərarına gəlib.

"İslam ota" adı almış ibadətgahın inşaat sponsorlarının adı gizli saxlanılır. Lakin tikintiyə yetərli vəsait ayıran şəxslərdən birinin Səlim Abduvaliyev olduğu məlumdur.

2011-ci ildə "WikiLeaks"də dərc edilən ABŞ diplomatlarının yazışmalarında S.Abduvaliyev cinayətkar aləmin bossu adlandırılıb.

M.Rzasoy

mescid-islam-ota

mescid-islam-ota11