XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 12:27

Səfirliyə satılan 600 minlik bina, əlbəyaxa dava və məhkəmə… –Diasporumuzun mülk davası (FOTOLAR)

mescid-belarus

Belarus paytaxtında diaspor nümayəndələri qırğına çıxıb.

Strateq.az xəbər verir ki, hələ 2005-ci ildə Minskdə yaşayan azərbaycanlılar mədəni mərkəz inşa etmək qərarına gəliblər.

Mədəniyyət Mərkəzində bir sıra, o cümlədən dini xidmətin də olması nəzərdə tutulub.

Tikinti üçün əldə edilən ərazi diaspor üzvü Mirzəxan Mehrabovun adına rəsmiləşdirilib. Onun dini biliklərini nəzərə alaraq Mədəniyyət Mərkəzində dini ayinləri yerinə yetirməsi də öncədən qərara alınıb.

Diaspor üzvləri arasında "Azərbaycan Evi"nin tikintisinə vəsait yığılıb və 2009-cu ildə inşaat işləri bütünlüklə tamamlanıb. Elə münaqişə də bu tarixdən başlayıb.

Belarus Azərbaycanlı İcmaları Konqresininn (BAİK) sədri, tanınmış idmançı Natiq Bağırov M.Mehrabova sənədləri öz adına rəsmiləşdirməyi təklif edib. M.Mehrabov təklifi qəbul əvvəlcə etsə də, sonradan fikrini dəyişib.

Uzun danışıqlardan, qovğalardan sonra razılığa gəlməyən tərəflər günlərin bir günü fakt qarşısında qalıblar. Belə ki, M.Mehrabovun binanı İran səfirliyinə satması bəlli olub. İddialara görə, 600 min dollarlıq sövdədən sonra İran Mədəniyyət Mərkəzinə dönən "Azərbaycan Evi"nin köhnə BAİK-li üzvləri Minskdəki rəsmi dairələrə üz tutublar.

Belarus paytaxtındakı Texniki İnventarlaşdırma Bürosunda alqı-satqıdan xəbər tutan diaspor üzvləri 2010-cu ildə məhkəməyə baş vurublar. Prosesdə üz-üzə gələn tərəflər ziddiyyyətli ifadələ veriblər.

İran səfiri Hüseyni isə M.Mehrabova, ümumiyyətlə, pul vermədiyini deyib.

Uzun çəkişmədən sonra Minsk Şəhər Məhkəməsi binanı yenidən BAİK-in sərəncamına verib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

M.Mehrabova isə diaspor üzvləri Mədəniyyət Mərkəzindəki məscidə gəlməməyi tövsiyə edib. Lakin Aşura günü M.Mehrabovun orada görünməsi dava ilə bitib. BAİK sədri N.Bağırovla əlbəyaxa olan M.Mehrabovun üçqat cüdoçu çempionun qarşısında gücsüz qaldığı da bildirilir…

M.Rzasoy

mehrabov

Mirzəxan Mehrabov

natiq-bagirov

Natiq Bağırov

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə