XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 22:47

Donald Tramp prezident olarsa, nələr dəyişəcək? –Proqnoz

tram-33

ABŞ-dan olan investorlar noyabrın 8-də ölkədə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələcəyi təqdirdə radikal iqtisadi dəyişikliklərin olacağını, bundan ən çox energetika sektorunun qazanacağını düşünürlər. 

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 

Məsələ ondadır ki, D. Tramp layların hidroparçalanması və qazma sisteminin daha sərbəst tənzimlənməsinin tərəfdarıdır. O, həmçinin "Keystone XL" boru xəttinin 4-ci mərhələsinin tikintisinə başlamağı düşünür.

Xatırladaq ki, Kanadadan ABŞ-a şist nefti ötürəcək olan bu xəttin çəkilməsi Barak Obamanın hakimiyyəti dövründə ətraf mühiti qoruyan təşkilatların təzyiqi ilə dondurulub.

D.Tramp həmçinin şist neft hasilatı üsulları ilə bağlı ABŞ-da mövcud olan təzyiqləri azaltmaq niyyətindədir. Son nəticədə ekoloji tələblərin azaldılması və dövlət torpaqlarındakı təbii ehtiyatların mənimsənilməsinə "yaşıl işıq" yandırılması gözlənilir.

"Report"un analitik qrupu hesab edir ki, D.Tramp seçilsə, ABŞ-da şist neft hasilatına dövlət dəstəyi artacaq və hasilatın həcmi yüksələcək. Bu isə neft bazarında təklifi bir qədər də artaraq qiymətlərin aşağı düşməsinə səbəb olacaq. 




Yuxarı Əvvələ Ana Səhifə