XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 10:57

“Mossad”ın Afrikadakı “Tarzan”ı –40 ilin sirri üzə çıxdı (FOTOLAR)

ben-uziel

2011-ci ildə Sudanın iki hissəyə parçalanması rəsmiləşdi. Cənubi Sudan dövlətinin yarandığı elan olundu.

Bununla bağlı rəsmi mərasimlərə onu da dəvət etmişdilər. Paytaxt Cubu şəhərinə gəlmiş “Tarzan”ı əsl milli qəhrəman, az qala Cənubi Sudan dövlətinin banisi kimi qarşıladılar.

Sonda, Cənubi Sudan dövlətinin yaradılmasına verdiyi töhfəyə görə ona general rütbəsi də verildi.

Strateq.az-ın bu yazısında “Mossad”ın Afrika qitəsində həyata keçirdiyi məxfi əməliyyatdan söz açılır.

“Tarzan” ləqəbli general Con, yaxud əsl adı ilə David Ben-Uziel uzun illər “Mossad”ın Afrikadakı rezidenti olub.

1935-ci ildə Hayfada anadan olmuş “Tarzan” Ariel Şaronla çiyin-çiyinə vuruşmuş peşəkar hərbçidir.

“101 bölməsi” – ilk İsrail xüsusi təyinatlıları sırasında olmuş Ben-Uziel əvvəlcə Cənubi Afrika Respublikasında, sonra Həbəşistanda (Efiopiya) hərbi müşavirlik edib.

Həbəş kralı Xayle Selasienin əsgərlərinə təlim verən Ben-Uziel 1968-ci ildə gizli tapşırıqla Sudana göndərilir.

1956-cı ildə Britaniya müstəmləkəçiliyindən qurtulmuş ölkədə onun vəzifəsi cənubdakı xristian və animist (bütpərtəst) əhalinin mərkəzi hökumətə qarşı müqavimətini gücləndirmək idi.

1963-cü ildən etibarən üsyanlar artıq cənub bölgəsini başına almışdı. Lakin dağınıq partizan dəstələri Sudan ordusu qarşısında çox aciz idi. Özünü “Anya-Nya” (“İlan zəhəri() adlandıran partizanlara Sudan ordusunun fərari polkovniki Cozef Laqu rəhbərlik edirdi.

Sovet blokuna daxil olan ölkələr, o cümlədən Sovet İttifaqının özü rəsmi hökuməti tanıyır və dəstəkləyirdi. Qərb dövlətləri Sudanda baş verənlərə barmaq arası baxır, Uqanda, Keniya və Həbəşistan kimi qonşu dövlətlər isə bütün rəğbətlərinə baxmayaraq Cənubi Sudana açıq dəstək verməkdən çəkinirdilər.

Onların yeganə dəstəyi polkovnik Cozef Laquya tövsiyə oldu: “İsraildən kömək istə”.

Həmin dövrdə İsrailin banisi David Ben-Qurion müsəlman-ərəb məngənəsini müqavimət üçün xüsusi hərbi doktrina qəbul etmişdi.

“Mossad” bu doktrina çərçivəsində David Ben-Uzieli gizli missiya ilə səlahiyyətləndirdi. 1969-cu ilin mayında “Tarzan” iki casusla bərabər Keniya və Uqandadan keçərək Sudanın cənubuna gəlib çıxdı. Cozef Laqunun düşərgəsində “Con” deyə çağırılan israilli rezident dağınıq qruplardan ordu yaratmağa başladı. Cəmi 250 silahı olan partizan dəstələrini normal normal vəziyyətinə gətirmək üçün əvvəlcə C.Laqunun İsrailə gizli səfəri təşkil olundu.

Baş nazir Qolda Meirdlə görüşdən sonra İsraildən Sudanın cənubuna hərbi-texniki yardım axmağa başladı.

Qısa zamanda kiçik aeroport quruldu. Silah, sursat, tibbi ləvazimat təchizatı, sonra təlimlər və… “Anya-Nya” əvvəlcə mərkəzi hökumət qüvvələrinə qarşı diversiya-təxribat əməliyyatları keçirməyə, daha sonra açıq döyüşlərə başladı.

Hərbi dəstəkdən başqa David Ben-Uzeil polkovnik Cozef Liqunun KİV-lərlə əlaqəsinin qurulmasında da yardımçı oldu. 70-ci illərdə “Tarzan”ın Sudandakı missiyası bitdi. Lakin…

Qoşunlarının ard-arda məğlubiyyətlərindən zara gəlmiş prezident Cəfər Məhəmməd Nimeyri Həbəşistan kralının himayəsi ilə cənublularla danışıqlara razılıq verdi.

Əlbəttə, 2011-də Cənubi Sudanın müstəqillik qazanmasına hələ çox vardı. Hələ separatçı cənubla şimal arasında havanı doldurmuş barıt qoxusu xeyli gec seyrəldi. Lakin Cənubi Sudan dövlətinin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri məhz İsrail oldu.

Ötən əsrin 80-ci illərində başqa missiyalarda olmuş “Tarzan” ötən il “Mossad”ın tapşırığı ilə Cənubi Sudanda. Operativ gündəlik” adlı kitab nəşr edib. Məhz bu kitab sayəsində “qayət məxfi” qrifi ilə Sudanda həyata keçirilmiş əməliyyat artıq hər kəsə məlumdur.

M.Rzasoy

ben-uziel1

ben-uziel2

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə