Rusiyanın Sakit okean donanmasının “Aleksandr Nevski” strateji atom-sualtı qayığı
© RİA Novosti, İldus Gilyazutdinov
Markus Vallen
Expressen (İsveç), 08.11.2016
Onlar sakitcə, demək olar, səssizcə dənizlərin dibində gizlənir. Xeyli aylar boyu suyun altında qala bilir. Eyni zamanda yetərincə güclüdür ki, planetin xeyli hissəsini məhv etsin. Tarixdə ən böyük sualtı qayıqlar bunlardır.
“Akula” sinifli sualtı qayıqlar, Sovert İttifaqı/Rusiya, 48 min ton
İnsanın nə zamansa inşa etydiyi ən böyük sualtı qayıq “Akula” sinifli atom sualtı qayıqlarıdır (NATO-nun təsnifatı üzrə Typhoon). Onun uzunluğu 175 metr, eni isə hədsiz dərəcədə böyük olub. Bu sinif sualtı qayıqlar ölçüsünə görə sonrakılardan iki dəfə artıqdır. Typhoon sualtı qayığı “Akula” Layihə 941 kimi məşhurdur. Layihə 1970-1980-ci illərdə Sovet İttifaqında hazırlanıb. Altı ədəd seriyadan ilk sualtı qayıq suya 1980-ci ildə buraxılıb və bir ildən sonra silahlanmaya qəbul edilib. Bu dəniz əjdahası təkcə çoc nəhəng deyildi, həm də sələfi ilə müqayisədə daha səssiz idi. Onlar dünyanın böyük hissəsini məhv etmək qabiliyyətinə malik idi. Hər birinin cəbbəxanasında qorxulu sayda ballistik raket və nüvə döyüş başlığı var idi. Heyət üzvləri sualtı qüayıqlarda nisbətən rahat yaşayır və suyun altında 120 günədək fasiləsiz qala bilirdilər. Fövqəladə durumda, məsələn, nüvə müharibəsi zamanı bu dövr artırıla bilərdi.
1991-ci ilodə Sovet İttifaqı dağılarkən sualtyı qayıqlar Rusiyanın yeni donanmasının mülkiyyətinə keçdi. 1997-ci ildə iki nəhəng submarina maliyyə səbəbindən silinib. Sonradan qalan gəmilər də istismardan çıxarılıb.
“Borey” sinifli sualtı qayıqlar, Rusiya, 24 min ton
Dünyada böyüklüyünə görə ikinci sualtı qayıqlar da Rusiyaya məxsusdur və bunlar əvəzlədiyi “Akula” sinifli gəmilərə nisbətən daha müasirdir.
170 metr uzunluğunda bu atom sualtı qayığı “Bulava” R-30 tipli ballistik raketlərlə təchiz edilib. “Borey” sinifli qayıq sələfindən ensizidir, həcmi daha balacadır və buna görə də istehsalı ucuzdur. Lakin ilk nüsxə yenə də 770 milyard dollara başa gəlib.
İlk “Borey” sualtı qayığı dənizə 2009-cu ildə çıxıb, Rusiyanın Sakit okean donanması isə 2013-cü ilin yanvarında onu silahlanmaya qəbul edib. Hazırda Rusiyanəın bu cür üç submarinası var, lakin hələ bir neçəsinin də alınması planlaşdırılır.
Putinin sualtı donanması artmaqda davam edir.
“Ohio” sinifli sualtı qayıqlar, ABŞ, 18750 ton
Həcmcə üçüncü ən böyük sualtı qayıqlar ABŞ-da istehsal olunur. Amerika sualtı donanması 1970-ci illərin əvvəlində köhnəlmiş hesab edildi və yeni sualtı qayıqlara ehtiyac meydana çıxdı. Bununla yanaşı söyuq müharibədə amerikalıların qatı düşməni Sovet İttifaqı sualtı qayıqların aranması və onlarla mübarizə vasitələrini yaxşılaşdırdı. ABŞ sələfindən yüksək döyüş potensialı və yaxşılaşdırılmış gizlinliyi ilə fərqlənən “Ohio” sinifli qayıqlarla cavab verdi. Hazırda ABŞ-ın bu cür 18b sualtı qayığı var.
“Ohio” sinifli qayıqlar bir məsələdə Rusiya analoqlarını üstələyir – bortunda “Akula”, həm də “Borey”dən daha çox raket daşıya bilir. Dizayn buna hesablanıb ki, sualtı qayıqlar ölümyüklü silahı ilə okeanda gözətçilik edərək açıq dənizdə daha çox müddət ərzində qala bilsin. Bir sıra tədbirlər görülüb ki, onalırn limanda qalma müddəti qısaldılsın, təmiri və ehtiyatlarla təminat prosesi asanlaşsın.
“Murena” sinifli sualtı qayıq, Sovet İttifaqı/Rusiya, 18 200 ton
“Murena” sinifli sualtı qayıq (NATO-nun təsnifatına görə Delta) – ölçüsünə görə dünyada dördüncü qayıqdır. Bu submarinalar soyuq müharibə dönəmində yaradılıb, onların vəzifəsi nüvə müharibəsi halında Amerika sənaye və hərbi obyektlərinə, həmçinin şəhərlərinə zərbə hesab olunurdu.
“Delta” dörd yarımsinfə bölünür. “Murena” layihə 667B (DeltaI) silahlanmaya 1972-ci ildə qəbul edilib. Bu cür 18 sualtı qayıq inşa edilib, sonuncusu 1998-ci ildə istismardan çıxarılıb.
“Murena-M” layihə 667BD (Delta II) “Murena”nın əlavə raketlərlə təchiz edilmiş modifikasiyası oldu.
“Kalmar” layihə 667BDR (Delta III) ballistik raketlərin bütün kompleksini atəşə tuta bilən ilk sualtı qayıqdır ki, bu da Sovet İttifaqı üçün irəli böyük addım oldu. “Delfin” layihə 667BDRM (Delta IV) sələflərindən səssizliyi ilə seçilir.
“Vanguard” sinifli sualtı qayıqlar, Böyük Britaniya, 15 900 ton
Kral hərbi-dəniz donanmasının dörd “Vanguard” atom sualtı qayığı Şotlandiyada Klayd bazasında yerləşdirilib. Allah eləməsin, dünyada nüvə müharibəsi qopsa, bu gəmilər Böyük Britaniyanın taleyində böyük rol oynayacaq.
1998-ci idən onların bortunda ancaq strateji ballistik raketlər yerləşdirlir və biri 128 döyüş başlığı ilə istənilən vaxt dənizdə olmalıdır. Bununla belə, ölkənin heç bir taktiki və aviasiya nüvə silahı yoxdur. Bu tip sualtı qayıqların 2028-ci ildən tez olmayaraq istismardan çıxarılması planlaşdırılmır.
Tərcümə Strateq.az-ındır.